Helikopter bölmələrinin taktiki-uçuş məşqləri - VİDEO+FOTOLAR

   Helikopter bölmələrinin taktiki-uçuş məşqləri -    VİDEO+FOTOLAR
  08 Aprel 2019    Oxunub:3378
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib.



Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.











Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti