ABŞ-ın Məxfi Xidmət rəhbəri istefaya göndərildi

   ABŞ-ın Məxfi Xidmət rəhbəri istefaya göndərildi
  09 Aprel 2019    Oxunub:2703
ABŞ-ın Məxfi Xidmət rəhbəri Rendolf Allesin istefaya göndərilməsi ilə bağlı xəbər rəsmən təsdiqlənib.

Azvision.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verib. Onun sözlərinə görə, prezident Donald Tramp Rendolf Allesi vəzifəsindən kənarlaşdırıb.
“ABŞ-ın Məxfi Xidmətinin rəhbəri Rendolf Alles son iki il ərzində agentlikdə böyük işlər görüb və prezident ona dövlətə 40 ildən çox xidmətə görə təşəkkür edib. Alles yaxın vaxtlarda öz postunu tərk edəcək”, - Sanders vurğulayıb.

ABŞ prezidenti artıq onun yerinə Ceyms Mürreni təyin edib.

Azvision.az



Teqlər: ABŞ   Tramp   İstefa  





Xəbər lenti