FETÖ işində daha 208 nəfərin həbsinə qərar verildi

  09 Aprel 2019    Oxunub : 992
 FETÖ işində daha 208 nəfərin həbsinə qərar verildi
Ankara Cümhuriyyət Baş Prokurorluğunun FETÖ və “Paralel Dövlət Quruluşu” ilə bağlı apardığı istintaq-dindirmə prosesi çərçivəsində terrorçulara işlədikləri və onlarla mütəmadi şəkildə əlaqə saxladıqları üzə çıxan 208 nəfərin həbsinə qərar verilib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həbsinə qərar verilənlərdən 102-si Türkiyə Baş Polis İdarəsində, hərbi hava qüvvələrində , Milli Kəşfiyyat Təşkilatında, Ailə İşi və Sosial Xidmətlər Nazirliyində, Səhiyyə və Milli Təhsil Nazirliyində, Hacəttəpə və Turqut Özal Universitetlərində terrorçuların tapşırıqlarını icra ediblər.

Şübhəlilərin həbsi üçün Türkiyənin hüquq-mühafizə orqanları Ankara, İzmir, Adıyaman, Konya və Qaziantepdə əməliyyatlara başlayıblar. Həbs olunanların hamısının Ankaraya gətiriləcəyi və istintaq çərçivəsində dindiriləcəyi bildirilir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: FETÖ   Türkiyə