Şəmkirdə ağır qəza - Ata yaralandı, oğlu öldü

Şəmkirdə ağır qəza -  Ata yaralandı, oğlu öldü
  09 Aprel 2019    Oxunub:3799
Aprelin 8-də saat 20 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində kənd sakini A.Mehdiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini A.Həsənovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobilləri toqquşub.
DİN-dən Azvision.az -a verilən məlumata görə, nəticədə A.Mehdiyevin sərnişinlərindən azyaşlı oğlu Bakir hadisə yerində ölüb, özü və digər sərnişini, habelə A.Həsənov xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti