“Qarabağ münaqişəsi tərəflərinə silah satmırıq” - Çexiyalı nazir

 “Qarabağ münaqişəsi tərəflərinə silah satmırıq” -  Çexiyalı nazir
  09 Aprel 2019    Oxunub:2418
Çexiya hökuməti Dağlıq Qarabağ münaqişəsi regionunda silah tədarükünə qoyulan embarqoya əməl edir və münaqişə tərəflərinə silah satmır.

Azvision.az xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Lyubomir Metnar İrəvanda erməni həmkarı David Tonoyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Çexiyanın Azərbaycana haubitsalar və raket buraxılış qurğuları satması ilə bağlı KİV-də yayılan məlumatları şərh edən Metnar bildirib: “İlk növbədə onu demək istəyirəm ki, Çexiya beynəlxalq normaların, həmçinin, öz qanunvericiliyinin tələblərinə riayət edir və hərbi texnika ixracının lisenziyalaşdırılması prosesinə ciddi nəzarət edir. Haubitsaları Çexiya yox, üçüncü tərəf tədarük edib. Çexiya beynəlxalq embarqonun tələblərinə, xüsusən də ATƏT-in Dağlıq Qarabağ münaqişəsi regionunda silah tədarükünə dair qoyduğu məhdudiyyətə əməl edir. Biz həm Ermənistan, həm də Azərbaycandan eyni məsafədə uzaq və yaxınıq, Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə dəstək veririk” – çexiyalı nazir vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Çexiya  





Xəbər lenti