"12 siyasi partiya hesabat təqdim etməyib" - MSK katibi

   "12 siyasi partiya hesabat təqdim etməyib" -    MSK katibi
  09 Aprel 2019    Oxunub:1761
“12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib”.
Azvision.az xəbər verir ki, bu barədə MSK katibi Mikayıl Rəhimov komissiyanın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, həmin partiyaların 6-nın sədri dünyası dəyişib:

“Onlardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib. Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb”.

M.Rəhimov deyib ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Partiya   Hesabat  





Xəbər lenti