“Liverpul”dan qələbə, “Mançester Siti” uduzdu - VİDEO

“Liverpul”dan qələbə, “Mançester Siti” uduzdu -  VİDEO
  10 Aprel 2019    Oxunub:2158
Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Azvision.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Belə ki, öz meydanında "Portu"nu qəbul edən "Liverpul" rəqibinə 2:0 hesabı ilə qalib gəlib.



Digər oyunda isə "Mançester Siti" səfərdə "Tottenhem"in qonağı olub. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.



Qeyd edək ki, komandalar arasında cavab oyunları aprelin 17-də keçiriləcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: UÇL   Futbol   Liverpul   MancestrSiti   Portu   Tottenhem  





Xəbər lenti