Çempionlar Liqasında erkən final - Bugünkü oyunlar

Çempionlar Liqasında erkən final -  Bugünkü oyunlar
  10 Aprel 2019    Oxunub:2727
Bu gün Çempionlar Liqasında 1/4 finalın daha 2 oyunu keçiriləcək.
Azvision.az xəbər verir ki, bununla da mərhələdə ilk matçlara yekun vurulacaq.

Gecənin ən maraqlı qarşılaşması İngiltərədə baş tutacaq. 1/8 finalda PSJ-ni ÇL-dən uzaqlaşdıran "Mançester Yunayted" "Barselona"nı qonaq edəcək. "Ayaks" isə öz meydanında "Yuventus"u qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək kİ, komandalar arasında cavab qarşılaşmaları aprelin 16-da olacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   UÇL  





Xəbər lenti