Bakıda yanğın: 45 yaşlı kişi özünü binadan atdı - Yenilənib

  10 Aprel 2019    Oxunub : 5815
Bakıda yanğın: 45 yaşlı kişi özünü binadan atdı - Yenilənib
Bakının Nizami rayonu, Babək prospektində yerləşən yataqxanada yanğın başlayıb.

Azvision.az -ın məlumatına görə, hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvə cəlb olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, yanğın yerinə iki təcili tibbi yardım birqadası göndərilib.

Qeyd olunub ki, 45 yaşlı kişi yanğın zamanı qorxudan özünü 5-ci mərtəbədən yerə atıb. Həmin şəxsi 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar.

Yanğın olan yataqxana “Azərsu-tikinti” xəstəxanasının yaxınlığında yerləşir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Yanğın   Xəstəxana