Çavuşoğlu: “F-35 olmasa, başqasını alarıq”

      Çavuşoğlu:    “F-35 olmasa, başqasını alarıq”
  10 Aprel 2019    Oxunub:1757
Əgər ABŞ Ankaranın Rusiyadan alacağı “S-400” zenit-raket komplekslərinin NATO-nun ümumi müdafiəsini təhlükəyə atacağını bəhanə edərək Türkiyəyə “F-35” qırıcı təyyarələrinin tədarükünü dayandıracaqsa, onda hərbi təyyarələr alternativ mənbələrdən alınacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində bildirib.

“NATO ölkələrinin bəzilərində “S-300”lər var. Hansısa müdafiə sisteminə sahib olmaq NATO üzvlüyünə zidd deyil. Əgər “F-35” olmazsa, onda mən öz təyyarəmi istehsal edənədək, ehtiyac duyduğum təyyarəni başqa bir yerdən almalıyam”, – deyə Çavuşoğlu vurğulayıb.

Türkiyə XİN rəhbəri onu da bildirib ki, “ABŞ bizə “Patriot” hava hücumundan müdafiə sistemlərini satmaq istəməzsə, sabah biz ikinci “S-400”ü də, hətta başqa bir müdafiə sistemini də ala bilərik”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   S-400   ABŞ   F-35  





Xəbər lenti