Yanğın yerində 7 nəfərə tibbi yardım göstərilib - Nazirlik

 Yanğın yerində 7 nəfərə tibbi yardım göstərilib -  Nazirlik
  10 Aprel 2019    Oxunub:1793
Bakının Nizami rayonu, Babək prospektində yanğın baş verən yataqxanada 7 nəfərə tibbi yardım göstərilib.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 3-ü kişi, 3-ü qadın, 1-i isə uşaqdır.

“Özünü 5-ci mərtəbdən atan kişi isə 3 saylı şəhər Kliniki Xəstəxanasında müayinə edilir”.

Qeyd edək ki, Bakının Nizami rayonu, Babək prospektində yerləşən yataqxanada yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvə cəlb olunub. Yanğın zamanı 45 yaşlı kişi qorxudan özünü 5-ci mərtəbədən atıb.

Aytən Zəhra
Azvision.az





Teqlər: Yanğın   Yataqxana   Səhiyyə-Nazirliyi  





Xəbər lenti