Yataqxanadakı yanğında bir nəfər zəhərlənib

   Yataqxanadakı yanğında bir nəfər zəhərlənib
  10 Aprel 2019    Oxunub:2286
Bakının Nizami rayonunda yerləşən yataqxanada baş vermiş yanğın nəticəsində zəhərlənən 1 nəfər 34 yaşlı kişi Kliniki Tibbi Mərkəzinin Toksikologiya Şöbəsinə yerləşdirilib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əlavə bir kişiyə isə hadisə yerində yardım göstərilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nizami rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. 7 nəfərə tibbi yardım göstərilib. Yanğın zamanı 45 yaşlı kişi qorxudan özünü 5-ci mərtəbədən ataraq xəsarət alıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yataqxanaya baş çəkərək sakinlərlə görüşüb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Yanğın   Yataqxana  





Xəbər lenti