Qorxudan özünü binadan atan kişinin vəziyyəti orta-ağırdır

  Qorxudan özünü binadan atan kişinin vəziyyəti orta-ağırdır
  10 Aprel 2019    Oxunub:2498
Bakının Nizami rayonunda yerləşən yataqxanada baş vermiş yanğın nəticəsində ümumilikdə 8 nəfər təcili tibbi yarıma müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 2 kişi, 3 qadın və bir uşağa hadisə yerində yardım göstərilib.

“Bir nəfər kişi özünü hündürlükdən yerə atıb. Xəstə 3 saylı Şəhər Kliniki Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, diaqnozu bədənin müxtəlif nahiyələrinin əziyidir. Hazırda vəziyyəti orta-ağırdır. Bir nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Həmin şxəsə tibbi yardım göstərilib, hazırda vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti