10 milyonuncu sakinin doğum şəhadətnaməsi təqdim olundu - FOTOLAR

10 milyonuncu sakinin doğum şəhadətnaməsi təqdim olundu -  FOTOLAR
  10 Aprel 2019    Oxunub:3713
Azərbaycan Respublikasının 10 milyonuncu sakini Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi aprelin 10-da onun valideynlərinə təqdim olunub.
Azvision.az Azərtac-a istinadən xəbər verir ki, şəhadətnamə Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsində təntənəli şəkildə təqdim edilib.



Xatırladaq ki, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.









Azvision.az


Teqlər: Uşaq   10milyon  





Xəbər lenti