Şərif Şərifov Avropa çempionu oldu

  10 Aprel 2019    Oxunub : 1442
 Şərif Şərifov Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub.
Azvision.az xəbər verir ki, çempionatda 92 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz mübarizəyə 1/4 finaldan başlayıb. Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib.

Gürcüstan pəhləvanına da öz gücünü göstərən təmsilçimiz ardıcıl ikinci, ümumilikdə üçüncü dəfə qitə birinciliyinin finalına yüksəlib. Həlledici görüşdə polşalı rəqibini məğlub edən Şərifov üçüncü dəfə Avropa çempionu olub.

Bir gün əvvəl Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Azvision.az

Teqlər: ŞərifŞərifov