39094 nəfər inzibati məsuliyyətə cəlb edilib

  39094 nəfər inzibati məsuliyyətə cəlb edilib
  11 Aprel 2019    Oxunub:2218
2018-ci ildə məhkəmlərdə inzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilən şəxslərin sayı əvvəlki illə müqayisədə 12,8 faiz artaraq 39094 nəfər olub.
Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, inzibati məsuliyyətə cəlb edilən şəxslərin 48,0 faizinə inzibati cərimə, 26,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 21,6 faizinə inzibati həbs, 2,4 faizinə ictimai işlər, 1,5 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   İnzibati  





Xəbər lenti