Xalq Zelenskini prezident görmək istəyir – Sorğu

Xalq Zelenskini prezident görmək istəyir –   Sorğu
  11 Aprel 2019    Oxunub:2059
21 apreldə Ukraynada keçiriləcək prezident seçkilərinin ikinci turunda namizədlərdən biri olan şoumen və aktyor Vladimir Zelenskinin rəqibi - Ukraynanın hazırkı rəhbəri Pyotr Poroşenko üzərində qələbə çalmaq şansları olduqca çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzinin 5-9 aprel tarixlərində əhali arasında apardığı sorğunun rəsmi nəticələri belə deməyə əsas verir.

Sorğuya əsasən, seçicilərin 49,3%-i Zelanskiyə səs vercəklərini deyiblər. Poroşenkonun seçicilər arasındakı nüfuzu isə Zelenskidən 2 dəfə az olub – cəmi 20,6%. Respondentlərin 9,7%-i suala cavab verməyib, 20,4%-i isə hələlik Zelenski ilə Poroşenko arasında seçimlərini dəqiqləşdirmədiklərini deyiblər.

Qeyd edək ki, Ukrayna MSK-nin nəticələrinə əsasən, 31 martda keçirilən prezident seçkilərinin birinci turunda Vladimir Zelenski 30,24% səslə lider olub. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko isə cəmi 15,95% səs yığa bilib. Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Seçki  





Xəbər lenti