Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - FOTOLAR

   Quba-Xınalıq yolunda hərəkət bərpa olunub -  FOTOLAR
  12 Aprel 2019    Oxunub:1982
Aprelin 11-də dağlardan qopan böyük qaya parçalarının yolun hərəkət hissəsinə düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun əməkdaşları xüsusi texnika vasitəsilə qaya parçalarını yoldan kənarlaşdırıblar. Hazırda Xınalıq və əks istiqamətdə avtomobillərin hərəkətində heç bir maneə yoxdur.

Təbiət hadisəsi bu gün saat 15:50 radələrində yolun 36-cı kilometrliyində baş verib. Dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkəti davam etdiyindən bir müddət texnika ilə əraziyə yaxınlaşmaq mümkün olmayıb. Yalnız ərazidə sürüşmə sabitləşəndən sonra yolun hərəkət hissəsi qaya parçalarından təmizlənib. (AzərTAc)









Azvision.az



Teqlər: Quba   Xınalıq   Yol  





Xəbər lenti