Avroliqada gecənin nəticələri: Qapılara 13 qol vuruldu - (VİDEO)

Avroliqada gecənin nəticələri:  Qapılara 13 qol vuruldu - (VİDEO)
  12 Aprel 2019    Oxunub:1981
Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Azvision.az xəbər verir ki, 4 qarşılaşmadan 2-də ev sahibləri, 2-də isə qonaqlar qalib gəlib. Qapılara ümumilikdə 13 qol vurulub.

"Arsenal" öz meydanında "Napoli" ilə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.



İki İspaniya təmsilçisi - “Vilyarreal” və “Valensiya"nın duelində ev sahibləri 1:3 hesabı ilə uduzub.



"Çelsi" Çexiyada "Slaviya"nın qonağı olub və minimal hesabla qalib gəlib - 1:0.



“Benfika” isə səfərdə “Ayntraxt”dan üstün olub - 4:2.



Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Avroliqa  





Xəbər lenti