Bakıda evdən iki qardaşın meyiti tapılıb
Xətai rayon Prokurorluğundan bildirilib ki, daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub. Ölən şəxslərin yanında şpris aşkar edilib. Ehtimal olunur ki, adıçəkilən şəxslər yüksək dozada narkotikin təsirindən dünyasını dəyişiblər.
Hazırda iki qardaşın ölüm səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: Meyit