Ötən il 131 nəfər şagird və tələbə həbs edilib

   Ötən il 131 nəfər şagird və tələbə həbs edilib
  12 Aprel 2019    Oxunub:2597
Ötən il Azərbaycanda məhkum olunan şagird və tələbələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə 131 nəfər şagird və tələbə məhkəmənin qərarı ilə həbs olunub.
Qeyd edək ki, ötən il birinci instansiya məhkəmələrində baxılan işlər nəticəsində məhkum olunanların sayı 12433 nəfər olub. 6374 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edilib. 2216 nəfər 2 ilə qədər, 2752 nəfər 2 ildən 5 ilə qədər, 1031 nəfər 5 ildən 10 ilə qədər, 375 nəfər 10 ildən 20 ilə qədər azadlqdan məhrum olunub. 141 nəfər ictimai işlər üzrə, 1247-si isə islah işləri üzrə cəzalandırılıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tələbə   Şagird   Məhkum  





Xəbər lenti