Matviyenko “ASAN xidmət”də - FOTOLAR

 Matviyenko “ASAN xidmət”də -    FOTOLAR
  12 Aprel 2019    Oxunub:3927
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.
“ASAN xidmət”dən Azvision.az -a verilən məlumata görə, qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.



Bildirilib ki, bu günədək 28 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.



Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ASAN Könüllüləri ilə görüşüblər və ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.




Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti