İsmayıllıda “BMW” aşıb: 2 ölü, 1 yaralı var

  14 Aprel 2019    Oxunub : 919
 İsmayıllıda “BMW” aşıb: 2 ölü, 1 yaralı var
İsmayıllı rayonunun Lahıc qəsəbəsində “BMW” markalı minik avtomobili yol kənarına aşıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü və 1 nəfər sərnişinin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini, yaralı vəziyyətdə olan digər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az

Teqlər: FHN   İsmayıllı   Qəza