Təbii fəlakətin İrana vurduğu ziyan - 7 milyard 619 milyon dollar
Azvision.az xəbər verir ki, İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzlinin sözlərinə görə, 25 əyalətdə baş verən təbii fəlakət nəticəsində ölkəyə 7 milyard 619 milyon dollar ziyan dəyib.
Sel və daşqınlar Fars əyalətində 23, Loristanda 14, Gülüstanda 8, Mazandaran, Həmədan və Huzistanda 5, Şimali Xorasan və Kohgiluye-Buyer Əhməddə 3, İlamda 2, Xorasan Rezevi, Simnan, Kirmanşah, Qum, İsfahan, Qəzvin və Zəncan əyalətlərində 1 nəfər olmaqla, 76 nəfərin ölümünə səbəb olub.
Azvision.az