“Liverpul” “Çelsi”yə 2 cavabsız qol vurdu - VİDEO

“Liverpul” “Çelsi”yə 2 cavabsız qol vurdu -  VİDEO
  15 Aprel 2019    Oxunub:3673
İngiltərə Premyer Liqasında 34-cü turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, turun mərkəzi oyununda “Liverpul” və “Çelsi” klubları qarşılaşıb. Ardıcıl hücumlar şəraitində keçən görüşdə “Liverpul” 2:0 hesabı ilə qalib gəlib.

Meydan sahiblərinə 3 xalı qazandıran qolları 51-ci dəqiqədə Mane, iki dəqiqə sonra Məhəmməd Salah vurub.



“Mançester Siti” isə səfərdə “Kristal Palas”ı sınağa çəkib. Görüşdə qonaqlar 3:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, hazırda 85 xalı olan "Liverpul" turnir cədvəlində liderdir. "Mançester Siti" 83 xalla 2-ci, "Tottenhem" isə 67 xalla 3-cüdür.





Azvision.az



Teqlər: Liverpul   Çelsi  





Xəbər lenti