Naxçıvanda 24 ildə əhali 118 min nəfər artıb

  15 Aprel 2019    Oxunub : 571
 Naxçıvanda 24 ildə əhali 118 min nəfər artıb
Muxtar respublika əhalisinin sayı 1995-ci ilin sonu ilə müqayisədə 118 min nəfər artaraq 1 yanvar 2019-cu il tarixə 456 min nəfəri ötüb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş tədbirdə bildirilib.

Qeyd olunub ki, əldə olunmuş nailiyyətləri və qazanılmış uğurları özündə əks etdirən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2018-ci ildə 1995-ci illə müqayisədə 63,4 dəfə artaraq 2 milyard 773 milyon 20 min manat təşkil edib. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı isə 46,3 dəfə artaraq 6101 manat olub. 1996-cı ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada iqtisadi və sosial sahələrə, ümumilikdə, 9 milyard 716 milyon 919 min manat dəyərində vəsait yönəldilib.

Azvision.az

Teqlər: Naxçıvan