“Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır” - Amerikalı səfir

 “Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır” -   Amerikalı səfir
  15 Aprel 2019    Oxunub:2715
“Azərbaycan beynəlxalq terrorçuluqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ABŞ-ın mühüm tərəfdaşıdır"
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda bildirib.

Səfir vurğulayıb ki, Azərbaycan bu beynəlxalq bəla ilə mübarizədə liderliyini nümayiş etdirir: “Tərəfdaşlığımız yalnız inkişaf edəcək, biz narkotiklərlə mübarizə sahəsində daha səmərəli üsullar yaratmaq niyyətindəyik”.

Diplomat, çıxışında həmçinin beynəlxalq enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsində Azərbaycanın artan rolunu qeyd edib.

Azvision.az



Teqlər: ABŞ   Səfir  





Xəbər lenti