İş axtaranların nəzərinə: Nazirlik 432 vakant yer təklif edir

     İş axtaranların nəzərinə:    Nazirlik 432 vakant yer təklif edir
  15 Aprel 2019    Oxunub:2972
Kənd Təsərrüfatı Nazirliyi (KTN) 432 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, aprelin 15-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib. Müsahibə mərhələsi üzrə qeydiyyat mayın 15-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru üzrə müəyyənləşib.

Azvision.az



Teqlər: Nazirlik  





Xəbər lenti