Futbol yarışına gedənlər qəzaya düşdü: Ölən və yaralılar var

Futbol yarışına gedənlər qəzaya düşdü:  Ölən və yaralılar var
  16 Aprel 2019    Oxunub:2811
Türkiyənin Antalya şəhərinin Döşəməaltı rayonunda avtobusun yolun hərəkət hissəsindən çıxaraq aşması nəticəsində 2 nəfər ölüb, 15 sərnişin isə xəsarət alıb.
Azvision.az “Haberturk”ə istinadən xəbər verir ki, qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsidir. Hadisə yerinə çoxsaylı təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, avtobusdakı sərnişinlər özəl şirkətin təşkilatçılığı ilə futbol yarışı keçirmək üçün Manavqat rayonuna gedirlərmiş.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Antalya  





Xəbər lenti