Ali məktəblərə ərizə qəbulu başa çatdı

Ali məktəblərə ərizə qəbulu başa çatdı
  16 Aprel 2019    Oxunub:3975
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.
Azvision.az -ın xəbərinə görə, tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılıb.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə Dövlət İmtahan Mərkəzinin saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Elektron ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, bundan öncə Dövlət İmtahan Mərkəzi ali və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd verən şəxslərə əlavə şans yaradıb. Belə ki, sənəd qəbulunun müddəti bu gün saat 12.00-dək uzadılmışdı.

Azvision.az



Teqlər: DİM   Ərizə  





Xəbər lenti