İrəvanda atışma: Futbolçu qətlə yetirilib

  16 Aprel 2019    Oxunub : 1105
 İrəvanda atışma: Futbolçu qətlə yetirilib
Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Lepseus küçəsində qeydə alınıb. Atışma nəticəsində 3 nəfər yaralanıb.

Güllə yarası alan şəxslərdən biri “Ararat -2” futbol klubunun qapıçı 23 yaşlı Muşeq Qevondyandır. O, xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətdən dünyasını dəyişib.

Cinayətlə bağlı araşdırma aparılır. İnsidentin səbəbləri barədə məlumat verilməyib.

Azvision.az

Teqlər: İrəvan   Atışma   Qətl   Futbolçu