“Ankara “F-35”lərlə bağlı öhdəliyin icrasını gözləyir” - Hulusi Akar
“ABŞ-ın müdafiə naziri ilə danışıqlar müsbət atmosferdə keçdi. Böyük məmnuniyyətlə vurğulayırıq ki, ABŞ-la baxışlarımız kifayət qədər yaxınlaşıb. Biz “F-35” proqramı çərçivəsində bütün öhdəliklərimizi yerinə yetirdik və bu, hər kəs tərəfindən qəbul edilir. Eynilə biz də “F-35” proqramının 8 iştirakçı ölkəsinin bizə münasibətdə götürdükləri öhdəliklərinə əməl etmələrini gözləyirik”, – deyə Akar vurğulayıb.
Türkiyəli nazir əlavə edib ki, ““F-35” Birgə Zərbə Qırıcı Proqramı” çərçivəsində ABŞ-a göndərilən türk pilotları təlimləri davam etdirilər.
Qeyd edək ki, 2002-ci ildən etibarən ““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində ABŞ-dan 100 ədəd “F-35” qırıcısı almağı planlaşdırır. Pentaqon ilk dəfə 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib. Lakin Vaşinqton Ankaranın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasının qırıcıların tədarükü məsələsində problemə çevriləcəyini deyir.
Leyla Elbrusqızı
Azvision.az