Xəzərin ən böyük barjı təmir edilib

Xəzərin ən böyük barjı təmir edilib
  17 Aprel 2019    Oxunub:1639
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “STB-1” barjı “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir edilib.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, təmir müddətində üzən vasitənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Bundan başqa, barjın dib-yan armaturlarının təmiri işləri də görülüb. Təmirdən sonra “STB-1” heyət üzvləri və registr təsnifatı nümayəndələrinə təhvil verilib. Barj tərsanədən suya buraxılıb və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

“STB-1” barjının uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 min tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir. “STB-1” dəniz stasionar platformalarının tikintisi üçün böyük ölçülü dayaq bloklarının daşınmasında istismar olunur.

Azvision.az



Teqlər: ASCO   Xəzər   Dəniz  





Xəbər lenti