“ASAN xidmət”in işçilərinin sayı artırıldı

   “ASAN xidmət”in işçilərinin sayı artırıldı
  17 Aprel 2019    Oxunub:2885
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin sayı artırılıb. Belə ki, Agentliyinin işçilərinin sayı 895 ştat vahidi müəyyən edilib.

Qeyd edək ki, işçilərinin sayı indiyədək 715 nəfər idi.

Azvision.az


Teqlər: Prezident   Fərman  





Xəbər lenti