“Problemlərimizin kökü Sionist rejimi və ABŞ-dır” - Ruhani

 “Problemlərimizin kökü Sionist rejimi və ABŞ-dır” -  Ruhani
  18 Aprel 2019    Oxunub:2472
İran Silahlı Qüvvələri regiondakı qonşularına qarşı indiyədək heç bir təhdid törətməyib.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, İranın Ordu Günü münasibətilə bu gün Tehranda minlərlə əsgərin iştirakı və çox sayda hərbi texnikanın nümayişilə keçirilən hərbi paradda çıxış edərkən prezident Həsən Ruhani bu cür bəyanat səsləndirib.
“Mən regionumuzdakı ölkələrə bildirmək istəyirəm ki, İran İslam respublikasının Silahlı Qüvvələri sizə və sizin milli maraqlarınıza qarşı yönəlməyib. Onlar işğalçılara qarşı çıxırlar. Bizim problemlərimizin kökü Sionist rejimi və Amerika imperializmidir. İran regionun təhlükəsizliyi və sabitliyinə hər zaman töhfə verməyə çalışıb”, – deyə Ruhani vurğulayıb.

O, həmçinin İran İslam Keşikçiləri Korpusunun ABŞ-ın terror siyahısına salınmasını “mənfur” addım adlandıraraq, bunun bütün İran xalqına qarşı təhqir olduğunu deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti