Ukraynada protokolların 99,17 faizi hesablanıb - Yenilənib

  22 Aprel 2019    Oxunub : 1347
 Ukraynada protokolların 99,17 faizi hesablanıb - Yenilənib
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların 99,17 faizini hesablayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyаsı məlumat yayıb.

Nəticələrə görə, prezident seçkilərində Viladimir Zelenskiyə seçicilərin 73,23 faizi, hazırki Prezident Petro Poroşenkoya isə seçicilərin 24,45 faizi səs verib.

**
09:13
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların 90,25 faizini hesablayıb. Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyаsı məlumat yayıb. Nəticələrə görə, seçicilərin 73,18 faizi Vladimir Zelenskiyə, 24,49 faizi isə Petro Poroşenkoya səs verib

MSK mayın 1-nə kimi Ukraynanın altıncı prezidentini rəsmən elan edəcək.

Qeyd edək ki, prezident seçkilərində 11 milyon seçici səsvərməyə gəlməyib. Bu da seçkilərin birinci turundan bir milyon seçici çoxdur. İkinci turda ümumilikdə seçicilərin 62,07 faizə yaxını səsvermədə iştirak edib.

Xatırladaq ki, dünən Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Ukrayna