Qar uçqununda həlak olan hərbçilərlə bağlı rəsmi məlumat
23 Aprel 2019
Oxunub:2869
Mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumatda qeyd olunub.
"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!", - deyə bildirilib.