İlham Əliyev Putinlə Pekində görüşəcək

  23 Aprel 2019    Oxunub : 1217
 İlham Əliyev Putinlə Pekində görüşəcək
Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçiriləcək. Prezidentlərin görüşü aprelin 26-da Pekində baş tutacaq.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov məlumat verib.

Onun sözlərinə görə, görüşdə ikitərəfli əlaqələr və beynəlxalq məsələlərlə bağlı dialoq aparılacaq.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Putin   Pekin