Azərbaycanda iki nəfərdə quduzluq qeydə alınıb

  24 Aprel 2019    Oxunub : 839
 Azərbaycanda iki nəfərdə quduzluq qeydə alınıb
Bu il Azərbaycanda iki quduzluq faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hadisələrdən biri həyət iti cırmaqladıqdan sonra həkimə müraciət etməməsi səbəbindən olub. "Həmin şəxsdə quduzluq halı qeydə alınmışdı. İkinci hal bu yaxınlarda Ağstafada oldu. Həmin şəxs peyvəndlərini axıra qədər almamışdı və quduz olmuşdu".

A.Əliyeva qeyd edib ki, itlər tərəfindən hər hansı dişləmə halı qeydə alınırsa, insanlar təcili ərazi üzrə poliklinikalara müraciət etsinlər: "Quduzluq halı o zaman baş verir ki, insanlar peyvəndə etinasız yanaşır, peyvəndə gəlmirlər. Sahibsiz küçə itlərinin sayı artıb və onlar peyvənd olunmayıb. Ona görə də hər hansı dişləmə halında insanlar mütləq poliklinikalara müraciət etsinlər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Quduzluq