“Regional təhlükəsizliyin əsas problemləri nəzərdən keçirilir” - Kərim Vəliyev

  24 Aprel 2019    Oxunub : 1153
“Regional təhlükəsizliyin əsas problemləri nəzərdən keçirilir” - Kərim Vəliyev
“Sülh və təhlükəsizliyə hər zaman töhfə vermiş və bu gün də töhfə verməyə davam edən bir ölkə kimi Azərbaycan beynəlxalq təhlükəsizliyə baxışların formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edən problemlərin gündəliyinə çıxarıldığı VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında öz iştirakını vacib hesab edir”.
Azvision.az -ın məlumatına görə, bu barədə ONA-ya açıqlamasında həmin konfransda iştirak edən Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev deyib: “Bu konfransın aktuallığı ondan ibarətdir ki, burada hər il qlobal və regional təhlükəsizliyin əsas problemləri nəzərdən keçirilir və müzakirə olunur, real və yeni yaranan təhdid və risklərin aradan qaldırılması yolları və istiqamətləri müəyyən edilir, habelə digər vacib məsələlərə dair təcrübə və fikir mübadilələri aparılır.



Forum çərçivəsində keçirilən görüşlər zamanı fikir mübadiləsi apararaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yaranmış real vəziyyət haqqında məlumatı iştirakçıların nəzərinə çatdırmaq, həmçinin ictimaiyyətinin diqqətini həll olunmaması səbəbindən Azərbaycan və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinə əsas təhdid təşkil edən bu münaqişəyə qarşı beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ikili standartlara yönəltmək imkanı yaranır”,-deyə general-leytenant K.Vəliyev qeyd edib.

Azvision.az

Teqlər: MN   Dağlıq-Qarabağ