Dünyanın ən seksual kişisi seçildi – FOTOSESSİYA, VİDEO

Dünyanın ən seksual kişisi seçildi – FOTOSESSİYA, VİDEO
  21 Noyabr 2013    Oxunub:2565
Amerikanın `Maroon 5` pop-rok-qrupunun frontmeni (solisti) Adam Levin 2013-cü ildə dünyanın ən seksual kişisi seçilib. O, həmçinin teleseriallarda oynadığı kiçik rollara görə də tanınır.
1985-ci ildən başlayaraq, bu titulu hər il `People` jurnalı müəyyən edir.
- Mən bunu gözləmirdim. Əvvəlcə mənə elə gəldi ki, məzələnirlər. Amma sonra başa düşdüm ki, yox, ciddidirlər – deyə Levin seçimə münasibət bildirib.

Adam Levin hazırda `Victorias Secret` modalar evinin modeli Behati Prinsli ilə nişanlıdır.

Yada salaq ki, indiyə qədər Şon Konneri, Tom Kruz, Harrison Ford, Riçard Gir, Conni Depp, Cud Lou, Bred Pitt, Corc Kluni dünyanın ən seksual kişiləri seçiliblər. Sonuncu ikisi hətta bu titulu iki dəfə qazanıb.

Qalereya




Teqlər:





Xəbər lenti