Monstrların Azərbaycana hücumu – HƏRƏKƏTLİ KARKATURA
25 Aprel 2019
Oxunub:2417
Son illərdə monstrların Azərbaycan üzərinə kütləvi bir hücumu müşahidə olunur. Bunlar çox əcaib monstrlardırlar. İlk baxışdan normal adam kimi görünür, bəzən hətta qulağa xoş gələn sözlər də danışırlar. Amma onların daxillərinə nəzərə salanda nə dərəcədə bədheybət olduqları aşkara çıxır.
Monstr olmaq nə deməkdir? Əsl monstr – öz ölkəsini, xalqını satanlar, onun pisliyini istəyənlər, bu istiqamətdə çalışanlardırlar. Özlərinə “mühacir”, “siyasi fəal” kimi bər-bəzəkli adlar qoyan bu şəxslər də əsl monstrlardırlar. Sadəcə, bunu görmək üçün arada onların daxili aləmlərinə də güzgü tutmaq lazımdır...