Narkomaniyanı təbliğ edən meyxanaçı həbs olundu

  26 Aprel 2019    Oxunub : 2090
 Narkomaniyanı təbliğ edən meyxanaçı həbs olundu
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olmuş, narkomaniyanın təbliğinə həsr olunan musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Azvision.az

Teqlər: DİN   Həbs