Ziyad Səmədzadə: “Sığorta bazarında ciddi problemlər var”

   Ziyad Səmədzadə: “Sığorta bazarında ciddi problemlər var”
  26 Aprel 2019    Oxunub:3128
“Azərbaycanda sığorta bazarında ciddi problemlər var”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və shaibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitənin bu gün keçirilən iclasında yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, Azərbaycan cəmiyyəti üçün ən aktual məsələlərdən biri aqrar sığortadır: “Sığortadan yığılan vəsaitin ÜDM-də payı elə də çox deyil. İlk növbədə təbii risklərdən özümüzü qorumalıyıq və yüklərin bir hissəsi özəl şirkətin üzərinə getməlidir”.

Anar Kəlbiyev
Azvision.az






Teqlər: Ziyad-Səmədzadə   Milli-Məclis  





Xəbər lenti