Bakı trasındakı bütün “lyuklar” yenidən yoxlanılıb

  26 Aprel 2019    Oxunub : 2063
 Bakı trasındakı bütün “lyuklar” yenidən yoxlanılıb
"Bu gün keçirilən birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır".
Bu barədə Azvision.az -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsizlik şəkildə əvəzolunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işlər görülüb.

"Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatıb. Dərhal növbəti yarış sessiyasına start verilib".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Formula-1   Yarış