“Sığorta şirkətləri kəndliləri aldadır” - Əli Məsimli

  26 Aprel 2019    Oxunub : 861
 “Sığorta şirkətləri kəndliləri aldadır” - Əli Məsimli
“Əsas məsələ indiyə qədər olan proseslərdən nəticə çıxarıb işlək mexanizm qurulmasıdır. İşlək mexanizm qurulsa, bu qanun işləyəcək”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

“Kəndliyə, fermerə sual verirlər ki, niyə sığorta olunmursan? Deyir ki, biz sığorta şirkətinə inanmırıq. Haqlı olaraq inanmır. Çünki onu aldada-aldada gedirlər. Bu problemlər həll olunsa, mətbuat vasitəsilə və s. üsullarla onlarda inam yaradılsa, çox yaxşı olar. Sığorta şirkətindən soruşduqda ki, niyə sığorta etmirsən? Cavab verirlər ki, risk böyükdür. Amma burada risklərin bölünməsi var. Müəyyən hissə dövlətin, sığortaolunanın və şirkətin üzərinə düşür. Yeni qanun layihəsinin işləməsi üçün aşkarlıq və ciddi nəzarət mexanizmi olmalıdır. Burada ictimai nəzarət və digər effektiv işləyən nəzarət mexanizmlərindən istifadə olunmalıdır”-, deyə Əli Məsimli qeyd edib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Fermer   Sığorta   Şirkət