Bakıya yarışa gələn idmançılar qəzaya düşüb - Xəsarət alanlar var

   Bakıya yarışa gələn idmançılar qəzaya düşüb -    Xəsarət alanlar var
  27 Aprel 2019    Oxunub:2806
Yevlaxda baş vermiş yol qəzasında idmançılar xəsarət alıb. Hadisə zamanı "MAZ" markalı yük maşını və "Mercedes" markalı mikroavtobus toqquşub.
Azvision.az ONA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində baş vermiş avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan 1991-ci il təvəllüdlü Ramiz İlyaslı, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, mikroavtobusda xəsarət alanlar Bakıya yarışa gedən cüdoçu Gəncə sakinləridir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti