Su anbarında batan kişinin meyiti tapılıb - Yenilənib

Su anbarında batan kişinin meyiti tapılıb -  Yenilənib
  27 Aprel 2019    Oxunub:3028
Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarında batdığı ehtimal edilən 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, V.Dilənovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
(09:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Tovuz  





Xəbər lenti