Azərbaycanda evlənmək məqsədilə 18 qız qaçırılıb

  27 Aprel 2019    Oxunub : 1520
 Azərbaycanda evlənmək məqsədilə 18 qız qaçırılıb
2018-ci ildə Azərbaycanda 18 qız evlənmək məqsədilə qaçırılıb.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən il ümumilikdə 21 nəfərin oğurlanması faktı qeydə alınıb.

Bundan əlavə, 2018-ci ildə evlənmək məqsədilə qız qaçıran 25 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, 2017-ci ildə isə evlənmək məqsədilə 19 qız qaçırılıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Statistika   Qız   Qaçırma