Bu il 34 min nəfər işlə təmin olunub

   Bu il 34 min nəfər işlə təmin olunub
  27 Aprel 2019    Oxunub:1914
Bu ilin yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq proqramlarından 68 mindən çox şəxs faydalanıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, onlardan 34 min nəfərə yaxını işlə təmin olunub. 1000-dən çox iştirakçı özünüməşğulluq proqramına, 212 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, 33 minə yaxın gəncə isə peşəyönümü məsləhətləri verilib.

Həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin birinci rübü ərzində bir sıra ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də keçirilib. İl ərzində 10-dan çox ali təhsil ocağında belə aktiv məşğulluq tədbirlərinin keçirilməsi, həmçinin gələn aydan respublikamızın bölgələrində əmək yarmarkalarının keçirilməsinə başlanması nəzərdə tutulur.

Azvision.az



Teqlər: ƏƏSMN   İş  





Xəbər lenti